Avropa Birliyi də Azərbaycan kimi İranın atom proqramı ilə bağlı vəziyyətdən narahatdır. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə AB Şurasının prezidenti Herman Van Rompey bildirib.
“Ümid edirəm ki, Moskva danışıqlarında irəliləyiş bu problemin həllinə şərait yaradacaq", - deyə H.Van Rompey qeyd edib.
O deyib ki, cümə axşamı Bakıda Prezident İlham Əliyevlə görüşdə regional problemlər müzakirə olunub.