Hesablama Palatası Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinın fəaliyyətində ciddi pozuntular aşkar edib. Bu barədə palatadan məlumat verilib.
Məlumatda qeyd olunur ki, Hesablama Palatasının Kollegiyası Bakının Nizami rayonunda fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə edib.
Audit yoxlaması vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, bir sıra ciddi maliyyə pozuntuları və çatışmazlıqlarını göstərib. Bunla əlaqədar, Kollegiya yoxlama materiallarının Azərbaycan Respublikasının Baş prokurorluğuna Təhsil Nazirliyinə göndərilməsi barədə qərar qəbul edib.
Bundan başqa, Hesablama Palatası Şəmkir rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit proqramını təsdiq edib.