2012-ci ilin iyun ayında Azərbaycan Dövlət Miqrasiya Xidməti tərəfindən (DMX) respublika ərazisində 1344 qanunsuz miqrant saxlanılıb. Bu barədə cümə axşamı DMX-nin mətbuat xidmətindən məlumat verilib.
Miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi üzrə tədbirlər və qanunsuz miqrasiyanın qarşısının alınması çərçivəsində 383 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 868 əcnəbi barəsində Azərbaycan ərazisini 48 saat ərzində tərk etmə, 93 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul olunub.