Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin I yarısında dövlət büdcəsinə 551 mln. 26,29 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisindən 1,6% çoxdur.Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə DGK-dən məlumat verilib.
2012-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 340 mln. 877,25 min manat, aksizlər üzrə – 28 mln. 954,19 min manat, yol vergisi üzrə – 8 mln. 65,22 min manat təşkil edib
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 173 mln. 129,63 min manat məbləğində olub.
2012-ci ilin mart ayında DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 102 mln. 194,01 min manat, həmçinin ƏDV üzrə - 73 mln. 762,13 min manat, aksizlər üzrə – 5 mln. 408,34 min manat, yol vergisi üzrə – 2 mln. 265,46 min manat, gömrük rüsumları üzrə - 20 mln. 758,08 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,2 mlrd. manat səviyyəsində proqnozlaşdırılır.