Azərbaycan və Türkiyə arasında bütün sahələrdə yaxın qardaşlıq əlaqələri bütövlükdə regionin inkişaf perspektivlərini müəyyənləşdirir.Naxçıvan MR-nın Ali Məclisinin sədri Vasif Talıbov Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc ilə görüşdə belə bəyan edib.
“Azərbaycan və Türkiyə arasındakı qarşılıqlı etimad , strateji tərəfdaşlıq bütün dünyada nümunə kimi göstərilir”.- deyə V.Talıbov söyləyib.Naxçıvan MR-nın başçısı Azərbaycanda diplomatik missiytasını başa çatdıan səfirin Türkiyənin Azərbaycan, eləcə də Naxçıvan MR ilə münasibətlərinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirib.
Hulusi Kılıç öz növbəsində bundan sonrakı fəaliyyəti dövründə də Türkiyə və Azərbaycana layiqincə xidmət edəcəyini bildirib .
Görüşdə qeyd edilib ki, Naxçıvan MR iki qardaş ölkə arasında əlaqələrin inkişafında mühüm rola malikdir. Bu əlaqələrin gələcəkdə də yüksələn xətlə inkişafına əminlik ifadə olunub.