Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski ilə cümə günü postsovet məkanın və dünya siyasətinin “gərgin məsələlər”ini müzakirə edib.
“Bizim Azərbaycan Prezidenti İlham Əliyevlə iki saatlıq görüşümüz olub. Burada postsovet məkanında, Rusiya və Azərbaycanı dünya siyasətində maraqlandıran ən gərgin məsələlər, çoxqütblü sülhün qorunması, həmçinin müasir mərhələdə ölkələrimiz arasında ən əsas məsələlər müzakirə edilib”, - deyə L.Slutski cümə günü jurnalistlərə bildirib.
“Biz, xüsusilə parlament diplomatiyasının bu münasibətlərdə daha böyük rol oynayacağı barədə danışdıq”, - deyə o əlavə edib.
Şənbə günü Dövlət Dumasının spikeri Sergey Narışkinin Bakıya səfəri haqqında danışaraq L.Slutski onun iştirakı ilə danışıqların çox maraqlı olacağına əmin olduğunu ifadə edib. Onun sözlərinə görə, S.Narışkin Bakıda olacağı zaman MDU-nun Bakı filialının məzunlarına diplomlar təqdim edəcək, Bakı Slavyan Universitetində məruzə ilə çıxış edəcək, Azərbaycan Prezidenti ilə görüşəcək.
“Məhz indi ölkələrimiz, xalqlarımız, parlamentlərimiz arasında əlaqələri artırmaq lazım olan zamandır”, - deyə Dövlət Dumasının komitə sədri vurğulayıb.