Azərbaycan və Belarus maliyyə, investisiya, bank və sığorta sahələrində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, Minskdə səfərdə olan maliyyə naziri Samir Şərifov Belarusun rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirib.
S.Şərifov Belarusun baş naziri Mixail Myasnikoviç, maliyyə naziri Andrey Xarkoves, Milli Bankın sədri Nadejda Yermakova və digər şəxslərlə görüşüb.
"Görüşlərdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi, o cümlədən maliyyə, investisiya, bank, sığorta, yeni istehsal sahələrinin açılmasına dair Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb", - deyə məlumatda qeyd edilir.