2012-ci il iyun ayının 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2,216 min ədəd təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 3,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, iyunun 1-nə Bakıda 1 230 (artım 4,3%), regionlarda 986 bankomat (artım 3,5%) quraşdırılıb.
2012-ci ilin yanvar-may aylarında respublikanın ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayında artım müşahidə edilib. May ayının sonuna onların sayı 37,194 min (artım 2,8 dəfə) təşkil edib.
Bununla yanaşı, Bakıda 34,038 min (artım 2,8 dəfə), regionlarda 3 256 pos-terminal (artım 3 dəfə) quraşdırılıb.
2012-ci il iyunun 1-nə ticarət, ictimai iaşə və xidmət obyektlərində 35,617 min bankomat (artım 3 dəfə) və ya bütün pos-terminalların 95,8%-i quraşdırılıb.