Naxçivan Muxtar Respublikasının çox böyük turizm potensialı var.Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Turizm İnformasiya Mərkəzinin binasının əsaslı təmirdən sonra açılış mərasimində belə bildirib.
“Bizim ölkəmizdə digər sahələrlə yanaşı, turizmin inkişafı yönündə də müntəzəm tədbirlər həyata keçirilir. Bu sahənin maddi-texniki bazası gücləndirilir”.- deyə V.Talıbov
qeyd edib.
Onun sözlərinə görə, ölkə prezidentinin sərəncamı ilə təsdiq edilmiş” 2010-2014-cü illərdə Azərbaycan Respublikasında turizmin inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına əlavə stimul verib.
“Naxçıvan MR-də də turizmin inkişafı daima nəzarət altındadır.Son illər bu istiqamətdə vacib tədbirlər həyata keçirilib, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Naxçıvan İnformasiya Mərkəzi yaradılıb. 1200 tarixi abidə qeydiyyata alınıb. “Tarixi abidələr ensklopediyası”nəşr etdirilib, 50-dən çox tarixi -mədəni abidə bərpa və təmir etdirilib”.- deyə Naxçıvan MR-in rəhbəri qeyd edib.
O söyləyib ki, MR-də qeydə alınmış 600-ə yaxın tarixi abidə dünya və respubliuka əhəmiyyəti daşıyır.V.Talıbovun sözlərinə görə, MR-da tarixi abidələrin bərpası üzrə işlər davam etdirilir, arxeoloji qazıntılar aparılır, görülən bu tədbirlər tarixi irsin öyrənilməsi və təbliğində , eləcə də turizm sektorunun inkişafında vacib əhəmiyyət daşıyır.
V.Talıbov qeyd edib ki, ekoloji turizmin inkişaf etdirilməsi də diqqət mərkəzindədir, hazırda MR-da 1 Milli park, 150 min hektar ərazini əhatə edən 4 təbət qoruğu var, müasir otellər, turizm şirkətləri fəaliyyət göstərir.
“Mövcud potensial son illərdə MR-ə gələn turistlərin sayının artmasına səbəb olub .2011-ci ildə Muxtar Respublikaya 340 mindən çox turist gəlib, cari ilin keçən 6 ayı ərzində isə 164 min turist səfər edib”,- deyə Ali Məclisin sədri qeyd edib.
Yenidən qurulan İnformasiya Mərkəzində iş üçün yeni şərait yaradılıb, mərkəzin 3 dildə yeni internet saytı fəaliyyətə başlayıb.Onun vasitəsi ilə MR-in turizm potensialı,müvafiq infrastrukturu, turizm marşrutları, milli mətbəx, adət və ənənələr barədə məlumat əldə etmək olar.