İyulun 5-də Azərbaycan və Bolqarıstanın mədəniyyət nazirlərinin görüşündə hər iki ölkənin mədəniyyət günlərinin keçirilməsi barədə razılıq əldə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Əbülfəs Qarayev Vejdi Rəşidovla sərgilərin keçirilməsi, kino həftəsinin təşkili və digər məsələləri müzakirə edib. Kinematoqrafiya sahəsində əməkdaşlıq məsələsi müzakirələrdə xüsusi yer tutub.
Ə.Qarayev bolqar həmkarlarını bu ilin dekabrında Bakıda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının açılış mərasiminə və 2013-cü ilin 28 may -1 iyun tarixində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməyə dəvət edib.