SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) 9-10 iyul tarixlərində Şəmkir, Gədəbəy və Tovuz rayonlarının qaz təchizatına məhdudiyyətlər qoyub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
“Təmir işləri ilə əlaqədar olaraq Şəmkir, Gədəbəy və Tovuz rayonlarına qazın verilişində fasilələr yaranacaq”, - deyə şirkətdən bildirilib.
Təmir işləri müddətində Şəmkir rayonunun Kür, Çinarlı qəsəbələri və Zəyəm kəndinə, Tovuz rayonunun Qovlar qəsəbəsi, Aşağı Quşçu, Dondar Quşçu, Azaflı, Bayramlı, Əsrik Cırdaxan, Alakol, Dönük Qırıqlı, Məşədilər, Yanıxlı və Düz Qırıqlı kəndlərinə, həmçinin Gədəbəy rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.