İqtisadi İnkişaf Nazirliyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın vaxtında icrası üçün fəaliyyət planı hazırlayacaq. Bu barədə nazirlikdən məlumat verilib.
İqtisadi İnkişaf Nazirliyində bu Dövlət Proqramının reallaşdırılmasına həsr olunan nazir Şahin Mustafayevin rəhbərliyi altında kollegiyanın geniş tərkibdə iclası keçirilib.
Məlumatda qeyd olunur ki, iclasda yoxsulluğun azalnması və sabit inkişaf, əhalinin qida məhsulları ilə təminatı, ölkənin regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrası məsələləri müzakirə edilib. Qeyd edək ki, bu proqramların koordinatoru İqtisadi İnkişaf Nazirliyidir.
İclas iştirakçıları həmçinin istehlak bazarında keyfiyyətsiz və təhlükəli məhsullarla mübarizə üzrə tədbirlərin keçirilməsini, elektron xidmətlərin göstərilməsini və s. müzakirə ediblər.
İclasda o cümlədən, nazirliyin göstərdiyi elektron xidmətlərin təqdimatı üzrə Fəaliyyət planının hazırlanmasına dair qərar qəbul edilib.
Ş.Mustafayev qarşıya qoyulan vəzifələrin icrasına dair tapşırıq verib.