“Azərenerji” SC (Azərbaycanda elektrik enerjisinin istehsalı üzrə dövlət inhisarçısı) 2012-ci ilin I yarısında 11,1 mlrd. kVt/s elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SC-nin mətbuat xidmətindən məlumat verilib.
İstehsalın ümumi həcmindən 9,9 mlrd. kVt/s istilik elektrik stansiyalarının (artım 17,9%), 1,2 mlrd. kVt/s su elektrik stansiyalarının (azalma 25%) payına düşüb.
2012-ci ilin iyun ayında respublikada 1,6 mlrd. kVt/s elektrik enerjisi istehsal edilib. Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,3 mlrd. kVt/s, su elektrik stansiyalarının payına isə 0,3 mlrd. kVt/s elektrik enerjisi istehsalı düşür.
Azərbaycan hökuməti 2012-ci ildə elektrik enerjisinin istehsal həcmini 19 mlrd. 168,3 mln. kVt/s səviyyəsində proqnozlaşdırır.