“Deloitte & Touche CIS” Beynəlxalq audit şirkəti “Bank “ABB-Moskva” MMC-nin 2011-ci il ərzində maliyyə hesabatını təsdiq edib. Bu barədə bankdan məlumat verilib.
Məlumatda qeyd olunur ki, audit rəyinin məlumatları “Bank “ABB-Moskva” MMC-nin müsbət inkişaf dinamikasını təsdiq edib və 2011-ci il fəaliyyətinin bütün əsas göstəricilərinin yaxşılaşması və gələcəkdə maliyyə artımının daha bir mərhələsi olub.
Hesabata əsasən, 2012-ci il yanvarın 1-nə bankın aktivləri 22,835 mlrd. rubl (artım 28,5%) təşkil edib. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə kapital 1,732 mlrd. rubl (artım 54%) təşkil edib.
Hesabat ilində bankın xalis mənfəəti 204,8 mln. rubla (artım 3,7 dəfə) çatıb.
“Bazarın korporativ seqmentinə istiqamətləndirmə biznesin intensiv inkişafı ilə uyğunluqda banka verilən kreditlərin həcmini artırmaq imkanı verib. Ötən il ssuda borcu 60%-dən çox artaraq 16 925 mln/ rubl təşkil edib. Bankın ümumi aktivlərində ssuda borcunun payı 74%-i ötüb. Kredit portfeli strukturunda hüquqi şəxslərə kredit portfelinin payı 85% təşkil edib”, - deyə məlumatda vurğulanır.
Audit rəyinin məlumatına görə, müştərilərin hesablarında vəsaitlər 7,372 mlrd. rubl (artım 44%), korporativ müştərilərin pul vəsaitlərinin həcmi – 4,025 mlrd. rubl (artım 38%), pərakəndə müştərilərin – 3,347 mlrd. rubl (artım 53%) təşkil edib.
2011-ci ildə bankın faiz gəliri artıb – 1,956 mlrd. rubl (artım 3%), ümumilikdə əməliyyat gəliri 1,001 mlrd. rubl (artım 45,1%) təşkil edib.
Hesabat dövründə banklararası bazarda cəlb olunan vəsaitin həcmi 12,84 mlrd. rubl (artım 20%) təşkil edib. “Həmçinin ötən il 1,32 mlrd. rubl məbləğdə maliyyələşdirmənin cəlb olunması üzrə klub sövdələşməsi imzalanıb. “Qazprombank” ASC, “Bank-Uralsib” ASC, “MDM-BANK” ASC sövdələşmə üzrə iştirakçıdırlar”, - deyə məlumatda qeyd olunur.
2011-ci ildə bank Rusiya və Azərbaycan arasında $15 mln.-dan, 294 min avrodan artıq və 390 mln. rubl məbləğində 90 mindən artıq pul köçürmələri həyata keçirib.
“Visa” və “MasterCard” ödəmə sistemlərinin bank kartlarının emissiyası 31,708 min ədədə çatıb. 2012-ci il yanvarın 1-nə bank kartlarının xidməti üçün 200 pos-terminal və 48 bankomat quraşdırılıb.
“Bank “ABB-Moskva” 2002-ci ildə “Azərbaycan Beynəlxalq Bank” ASC-nin 100% törəmə strukturu kimi təsis edilib. Hazırda bankın şəbəkəsinin 14 Moskva, Sankt-Peterburq və Yekaterinburqda satış ofisləri fəaliyyət göstərir.