Ötən həftə Azərbaycan polisləri axtarışda olan 37 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə baş vermiş bədbəxt hadisələr nəticəsində 16 nəfər həlak olub, 14 nəfər yaralanıb, 7 nəfər intihar edib. 43 yanğın baş verib.
6 nəfər qətldə, 5 nəfər sui-qəsddə və qəsdən xəsarət yetirməkdə, 6 nəfər qarət və soyğunda, 18 nəfər oğurluqda, 7 nəfər avtomobil qaçırmaqda, 2 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Bundan başqa, qanunsuz saxlanılan odlu silah və döyüş sursatlarının müsadirəsi ilə bağlı 11 fakt qeydə alınıb.