Hesablama Palatası “Azərsu” ASC-də yoxlamalar aparacaq. Bu barədə Palatadan məlumat verilib.
Hesablama Palatası 2011-ci il və 2012-ci ilin I yarısında dövlət əsaslı vəsait qoyuluşları çərçivəsində dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin məqsədyönlü istifadəsinin audit proqramını təsdiq edib.
Bundan başqa, Palata “Azərelektrikşəbəkətikinti” ASC tərəfindən dövlət vergilərinin qanunvericiliyə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinin yoxlanılmasını aparacaq.
Hesablama Palatası həmçinin, Dünya Bankından cəlb edilən kredit hesabına “Sosial müdafiənin inkişafı” layihəsinin cari icra vəziyyətinə dair Analitik təhlil proqramını təsdiq edib.