Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai İstintaq İdarəsi 2012-ci ilin I yarısında vergi qanunvericiliyinin pozulması faktları üzrə 216 cinayət işi qaldırıb. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2011-ci ilin I yarısında departament 216 cinayət işi qaldırıb. Beləliklə, 2012-ci ilin yanvar-iyun aylarında vergi qanunvericiliyinin pozulması faktları üzrə qaldırılan cinayət işlərinin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 16,9% azalıb.
“Hesabat dövründə qaldırılan 216 cinayət işindən 34 nəfər barəsində 31 iş məhkəmə orqanlarının baxılmasına verilib”, - deyə məlumatda bildirilir. Ümumilikdə, 2012-ci ilin yanvar-iyun aylarında 176 cinayət işi üzrə araşdırma başa çatdırılıb.
Hesabat dövrü ərzində 145 cinayət işi üzrə araşdırma vergi ödəyicisinin vergilərin tam məbləğinin ödənilməsi əsasında başa çatıb. Onlar tərəfindən dövlət büdcəsinə ödənən vəsaitin həcmi 6 mln. 977 min manat təşkil edib.
2012-ci ilin birinci yarısında departament tərəfindən vergi yoxlamasının keçirilməsindən yayınan 481 vergi ödəyicisi aşkar edilib.
Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai İstintaq İdarəsi 2000-ci il mayın 29-da yaradılıb. 2000-ci ilin 30 avqustunda departament fəaliyyətə başlayıb. 2011-ci ildə departament vergi qanunvericiliyinin pozulması faktları ilə bağlı 524 cinayət işi qaldırıb.