Çərşənbə axşamına keçən gecə Azərbaycan ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində beş nəfər həlak olub. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gecə respublikanın avtomobil yollarında 19 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bu qəzalar nəticəsində beş nəfər həlak olub, 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ən ağır yol qəzası Yardımlı rayonunda baş verib. Yüksək sürətlə hərəkət edən "Niva" markalı avtomobil birmərtəbəli yaşayış evinə çırpılaraq yanıb, nəticədə sürücü və sərnişin hadisə yerində həlak olub.