İtaliya Baş Qərargah rəisi Biacio Abrate iyulun 17-19-da Bakıda səfərdə olacaq. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bundan başqa, yaxın günlərdə Azərbaycan hərbçiləri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Türkiyə ilə ikitərəfli əməkdaşlıq planına əsasən, iyulun 10-dan avqustun 13-dək İstanbulda “Açıq Dəniz Təlimi 3” keçiriləcək. Azərbaycanın hərbi ekspertləri həmçinin 14-19 iyul tarixlərində Odessada NATO-nun təlimlərində, eləcə də bir sıra digər tədbirlərdə iştirak edəcəklər.