SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti -ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin ümumi sayı 2012-ci il iyulun 1-nə 1 mln. 420,527 minə çatıb.Bu barədə SOCAR şirkətinin rəsmi saytında məlumat verilir.
O cümlədən, 1 mln. 403,049 əhali, 17,478 min qeyri-əhali abonenti kateqoriyasına aid edilir .
“Azəriqaz”ın Baki şəhərində abonetlərinin sayı 641,317 min təşkil edir ki, bunlardan 632,068 əhali, 9,249 qeyri-əhali abonentidir”,- deyə məlumatda bildirilir .
İB-in məlumatına əsasən ümumilikdə 1 mln.418,181 abonent sayğaclaşdırılıb ki, bu rəqəmin də 1 mln.400,703-ü və ya 99,8% əhali, 17,478-i və ya 100 % qeyri-əhali istehlakçılarıdır.
Bakı şəhəri üzrə 630,680 əhali abonenti və ya 99,8 %, 9249 qeyri-əhali abonenti və ya 100 %, regionlar üzrə isə 770023 əhali abonenti və ya 99,9 % və 8229 qeyri-əhali abonenti və ya 100% qaz sayğacları ilə təchiz edilib.
Əhali kateqoriyasından olan abonentlərin mənzillərində 390 minə yaxın “smart-kart” tipli (qaz sayğacı quraşdırılıb.