Azərbaycan Mərkəzi Bankı (AMB) fəaliyyət əsaslı idarəetmə sistemi (“Activity Based Costing/Management System) tətbiq etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Tenderdə iştirak haqqı 300 manatdır.
Tender elanına əsasən, qalib şirkət bir il ərzində Mərkəzi Bankda bu sistemi yaratmalıdır.
Qaliblərin qiymətləndirilməsi zamanı maliyyə və texniki amillər (tələblərə uyğunluq, istismar xarakteristikası) nəzərə alınacaq.
Tender təkliflərinin qəbulu avqust ayının 23-dək davam edəcək. Təkliflər avqustun 24-də qiymətləndiriləcək.