İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən iş adamı Süleyman Süleymanova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı sərinləşdirici içkilərinin istehsalı zamanı qanun pozuntusna yol verildiyi aşkar edilib.
Naqzirliyin məlumatına əsasən, Xidmətin əməkdaşları S.Süleymanova məxsus istehsalat sahəsində yoxlama aparıb.
Yoxlama zamanı nektarlar və qazlı suların uyğunluq sertifikatı olmadan istehsal edildiyi, sərinləşdirici içkilərin saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətlərdən artıq göstərildiyi aşkarlanıb .
Bundan başqa, yoxlama zamanı nektarların etiketlərində məhsulun xaricdə istehsalı barədə istehlakçıda yanlış təəssürat yaradan sözlərin yazıldığı müəyyən edilib.
İş adamına məxsus müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti əvvəllər də sərinləşdirici içkilər bazarında monitorinqlər zamanı belə məhsulların istehsalı zamanı bir sıra qanun pozuntuları aşkarlayıb.