Azərbaycanlı rəssamlar Məryəm Ələkbərli və Rəşad Mehdiyev Moskvada keçirilən Beynəlxalq Sənət Festivalının “Vera” mükafatına layiq görülüblər. Bu barədə yerli mətbuat məlumat verib.
İyulun 4-dən 10-a kimi Rusiya paytaxtında “Ənənə və müasirlik” adlı VI Moskva Beynəlxalq Sənət Festivalı keçirilib. 30 ölkədən olan rəssamların iştirak etdiyi festivalda M.Ələkbərli və R.Mehdiyev uğurla çıxış edərək münsiflər heyətinin və sərgiyə qatılan tamaşaçıların rəğbətini qazanıblar.
“Bu festival müasir incəsənət aləmində yeni isimlərin yaranmasına səbəb olub. Bu gün mükafat alanlar yaxşıların ən yaxşısıdır”, - deyə festivalının yekununa həsr olunan “Et Setera” teatrında keçirilən mərasimdə çıxış edən tədbirin təşkilatçısı Moskva İctimai Fondunun prezidenti Vera Kiselyova.
“Vera” mükafatı təsviri-incəsənət sahəsində verilən məşhur mükafatlardan sayılır.
“Ənənə və müasirlik” adlı VI Moskva Beynəlxalq Sənət Festivalı Moskva İctimai Fondu, Rusiya Dövlət Dumasının Mədəniyyət Komitəsi, “World for Cultur and Peace” Beynəlxalq Fondu və Rusiya İncəsənət Akademiyasının təşkilatçılığı ilə keçirilib.