Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Komitəsinin Texniki nizamlama və standartlaşdırma xidməti fəaliyyətə başladığı müddətdən 47 sahibkarlıq obyektinə ümumi məbləği 27,9 min manta təşkil edən maliyyə sanksiyaları tətbiq edib.Xidmətin rəisi Əbülfət İmanov çərşənbə günü mətbuat konfransında belə bildirib.
“Maliyyə sanksiyasının tətbiq edildiyi 23 müəssisənin fəaliyyəti dayandırılıb”,- deyə Ə.İmanov bildirib.
Onun sözlərinə görə,”baxmayaraq ki, biz tədbirlər görürük və bu müəssisələrin bağlanmasına nail oluruq, onlar yenə də gizli şəkildə bu və ya digər məhsulun istehsalı ilə məğul olurlar. Bəziləri hətta öz yerlərini icarəyə də verirlər”
A.İmanov qeyd edib ki, Dövlət Xidməti avqustun 20-dən şadlıq evlərində monitorinqlərə başlayacaq.”Ramazan ayı yaxınlaşdığına görə, şadlıq evləri işləməyəcək.Bayramdan sonra biz monitorinqlərə başlayacağıq”,- deyə o qeyd edib.
Dövlət Komitəsinin Texniki nizamlama və standartlaşdırma şöbəsinin rəisi Namiq Tağıyev mətbuat konfransında qeyd edib ki, ay ərzində çörək istehsalına olan tələblər sərtləşdiriləcək.”Bizim dörd milli standartımız var, lakin onlarda istehsalçıya qarşı sərt mövqe nəzərdə tutulmur.Buna görə, biz yeni milli standart hazırlamışıq və onu ay ərzində tətbiq edəcəyik”.- deyə o əlavə edib.
N.Tağıyev vurğulayıb ki, standartda çörəyin qablaşdırılması məsələləri xüsusi əks etdirilib.
Texniki nizamlama və standartlaşdırma üzrə Dövlət Xidməti 2012-ci il aprel ayında yaradılıb.