Çərşənbə günü Bakı Dövlət Universitetində (BDU) biologiya fakültəsinin nəzdində “Karl Zeiss” şirkətinin optik mikroskopiya laboratoriyası açılıb .Bu barədə “İnterfaks - Azərbaycan”agentliyinə BDU-dan məlumat verilib.
Universitetdə açılan laboratoriya üçün avadanlığı şirkətin Azərbaycandakı təmsilçisi OPTEC şirkəti təqdim edilib . Laboratoriya 10 ədəd “Primo Star” tədris mikroskopu ilə təchiz edilib ki, onlardan beşinin komplektinə rəqəmsal kameralar və zəruri proqram təminatı daxildir.
Tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov və OPTEC şirkətinin Bakıdakı nümayəndəliyinin direktoru Nataliya Həmzəyeva iştirak ediblər .
Tədris otağının açılışından sonra, BDU-nun rektoru A.Məhərrəmov və Hollandiyanın OPTEC B.V. şirkətinin direktoru Aleksandr fon Korff əməkdaşlığa dair memorandum imzalayıblar .Sənədə əsasən, BDU-nun bazası əsasında mütəmadi elmi-praktiki və təhsil seminarlarının keçirilməsi nəzərdə tutulub .
OPTEC BDU-nun əməkdaşlarının peşəkarlığının yüksəlməsinə kömək edəcək , universitetin mütəxəssislərini yeni qərar və analitik avadanlıqlar sahəsində qabaqcıl texnologiyalarla tanış edəcək. Eləcə də, BDU-nun bazasında peşə hazırlığı, lazer skaner mikroskopiyası və rəqəmli təsvirin analizi üçün laboratoriyaları olan “Karl Zeiss” şirkətinin arayış mərkəzinin yaradılması planlaşdırılır.
“Bizim məqsədimiz – gənc alimlər üçün rahat iş şəraiti yaratmaq, ən müasir avadanlıqdan istifadəni təmin etməkdir .Çünki Azərbaycanda elmin gələcəyini müəyyən edən impulsu onlar məhz BDU-da alırlar. Buna görə də yüksək texnologiya istiqamətində dünya liderləri ilə əməkdaşlıq bizim strateji xəttimizin əsasını təşkil edir”,- deyə A.Məhərrəmov söyləyib.
“BDU beynəlxalq əməkdaşlığa meyilliliyi ilə tanınır, sözsüz ki, o Azərbaycanda təhsil və elmin flaqmanıdır.Əminəm ki, bu gün imzalanmış memorandum OPTEC və BDU arasında uzun və səmərərli münasibətlərin bazası olacaq”.- deyə N.Həmzəyeva qeyd edib.
Mənzil qərargahı Niderlandda (Amsterdam) olan OPTEC beynəlxalq şirkəti geniş nümayəndəlik şəbəkəsinə malikdir.Şirkət elmi, tibbi, təhsil, innovasiya sənayesi və sənaye üçün yüksəktexnologiyalar tədarük edir.10 ildən çoxdur ki, şirkət dünyanın aparıcı brendlərinin optik və elektron optik avadanlıqlarını təqdim edir, Carl Zeiss şirkətinin eksklüziv təmsilçisidir.
Carl Zeiss — şəbəkə mikroskopiyası, lazer, skaner mikroskopiyası, oftolmoji avadanlıq, cərrahiyə mikroskopları, elektron mikroskoplar, nəzarət-ölçü cihazlarının istehsalında dünya lideridir.Şirkət 1846-cı ildə Almaniyada yaradılıb və bu gün bütün dünyada 30 istehsal sahəsi və 50-dən çox servis və ticarət nümayəndəliyinə malikdir.