Azərbaycan və Tacikistan prezidentləri İlham Əliyev və Emoməli Rəhmon cümə axşamı Bakıda ikitərəfli münasibətləri, eləcə də bir sıra regional və beynəlxalq problemləri müzakirə ediblər. Bu barədə Azərbaycan televiziyası xəbər verir.
Dövlət başçılarının təktəbətək görüşündə Azərbaycanla Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu və bu mənada E.Rəhmonun Azərbaycana rəsmi səfərinin əhəmiyyəti qeyd edilib.
Xəbər verildiyi kimi, Azərbaycan-Tacikistan danışıqlarının yekunları üzrə müxtəlif sahələrdə əməkdaşlıq haqqında bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.