İranın Hidrometeorologiya Təşkilatının sədri Bəhram Sənayi Bakıda səfərdədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfərdə məqsəd hidrometeorologiya və Xəzər dənizinin qorunması üzrə əlaqələndirici komitənin yaradılmasına dair sazişin imzalanması məsələsi ilə bağlı fikir mübadiləsi aparmaqdır.
Səfər çərçivəsində iranlı qonağın Azərbaycan Milli Hidrometeorologiya Departamentinin direktor əvəzi Rza Mahmudovla görüşü planlaşdırılır.