Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistanın prezidenti Emoməli Rəhmonun danışıqlarının yekunları üzrə bir neçə sənəd imzalanıb. Bu barədə rəsmi KİV-lər cümə axşamı məlumat verib.
Xüsusilə, “Bakı Dövlət Universiteti və Tacikistan Milli Universiteti arasında əməkdaşlıq haqqında Müqavilə”, “Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və Tacikistan Respublikası Milli Olimpiya Komitəsi arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Tacikistan Respublikası Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında gənclərlə iş və idman sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında təhsil sənədlərinin, elmi dərəcələrin və elmi adların qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”, o cümlədən “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında 2013-2015-ci illər üçün iqtisadi əməkdaşlıq üzrə Proqram” imzalanıb. Bundan başqa, “Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyanatı” imzalanıb.
Bundan başqa, dövlət başçıları iki ölkənin ali mükafatları ilə təltif ediliblər. İ.Əliyev Tacikistan prezidentinə “Heydər Əliyev” ordenini, E.Rəhmon isə Azərbaycan prezidentinə “İsmoili Somoni” ordenini təqdim edib.
“Bu sənədlər sırasında ölkələrimiz arasında 2012-2015-ci illər üçün iqtisadi əməkdaşlığa dair proqramı xüsusi qeyd etmək istərdim”, - deyə E.Rəhmon sənədlrin imzalanma mərasimindən sonra mətbuat üçün bəyanatda qeyd edib.
Onun sözlərinə görə, danışıqlar zamanı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət perspektivləri diqqət mərkəzində olub, siyasi dialoqun mütəmadi davam etdirilməsi razılaşdırılıb, iqtisadi-ticari və nəqliyyat-tranzit sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasının vacibliyi vurğulanıb.
İ.Əliyev öz növbəsində BMT Təhlükəsizlik Şurasına seçilərkən Azərbaycanın namizədliyini dəstəklədiyinə görə Tacikistana təşəkkür edib. “Təhlükəsizlik Şurasına üzv kimi biz Tacikistanın bütün təşəbbüslərini dəstəkyəcəyik”, - deyə o vurğulayıb.
İki ölkənin MDB və digər təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini qeyd edən Prezident məlumat verib ki, yaxın zamanda ölkələr ikitərəfli iqtisadi əməkdaşlığa dair konkret layihələrin müzakirə olunduğunu, bununla bağlı nümayəndə heyətlərinə qısa zamanda yeni təkliflərin hazırlanması ilə məşğul olacaq.
Dövlət başçısı energetika, iqtisadiyyat, sənaye və sərmayə sahələrində əməkdaşlığın fəallaşmağının zərurəti barədə bəyan edib. O, ticarət dövriyyəsinin bir neçə dəfə artırılması üçün yaxşı imkanların olduğunu qeyd edib.
İ.Əliyev həmçinin məlumat verib ki, danışıqlar zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində əməkdaşlıq da müzakirə olunub.