İyulun 24-də Qəbələ rayonunda IV Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. Bu barədə cümə günü “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbiri xəbər verir.
Festival Azərbaycanın dünya şöhrətli musiqiçisi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunacaq. Bundan başqa, festival çərçivəsində Niyazinin 100 və Fikrət Əmirovun 90 illik yubileylərinin keçirilməsi nəzərdə tutulur.
Festival avqustun 6-dək davam edəcək.