“Deloitte & Touche” MMC Azərbaycan Beynəlxalq Bankın (ABB) və onun törəmə strukturlarnın 2012-ci ilin I yarımilliyi və ümumilikdə ötən il ərzində konsolidə edilmiş auditini keçirəcək. Bu barədə bankdan məlumat verilib.
“Tender komissiyası “Deloitte & Touche”ı müvafiq tenderin qalibi seçib”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, audit maliyyə hesabatının beynəlxalq standartlarına uyğun keçirilməli və ABB-nın aşağıdakı strukturlarını əhatə etməlidir: Azərbaycan Beynəlxalq Bankı – Moskva, Azərbaycan Beynəlxalq Bankı – Gürcüstan, “Beynəlxalq Sığorta Şirkəti”, “Azəricard” MMC.
Şərtlərə görə, 2012-ci ilin I yarımilliyinin konsolidə edilmiş auditinin nəticələri cari ilin oktyabrın 1-dən gec olmayaraq, ümumilikdə 2012-ci il üçün – 2013-cü il mayın 3-dən gec olmayaraq təqdim olunmalıdır.
ABB 1992-ci ildə yaradılıb və respublikanın ən iri bankıdır. Hazırda bankın kapitalında 50,2% pay dövlətə, 49,8% isə özəl səhmdarlara məxsusdur. Ümumilikdə, ABB səhmdarları 14 hüquqi və 1,556 fiziki şəxsdən ibarətdir.