“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Split-Bakı marşrutu üzrə reyslər həyata keçirməyə başlayıb. Bu barədə şirkətdən məlumat verilib.
Bakı-Split-Bakı marşrutu üzrə reyslər 2012-ci il sentyabrın 2-nə qədər həyata keçiriləcək. Bununla yanaşı, reyslər hər 10 gündən bir həyata keçiriləcək: 10, 19, 28 iyul, 6, 15, 24 avqust və 2 sentyabr tarixlərində.
Uçuş vaxtı 4 saat 10 dəqiqə təşkil edəcək. Reyslər A 319 Airbus avialayneri vasitəsilə keçiriləcək.
Hər iki tərəfə ekonom-sinif üçün bir biletin qiyməti - 634,23 manat, biznes-sinif üçün - 877,44 manat təşkil edəcək.