Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının ölkəmizdəki səfiri Marselo Kaballero Torresi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə rəsmi mətbuat məlumat verib.
Görüşdə dövlət başçısı kubalı diplomatı ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.