Azərbaycan Mərkəzi Bankı (AMB) “RoyalBank”ın lisenziyasını öhdəliklərini yerinə yetirmədiyi üçün ləğv edib. Bu barədə ANB-nin bəyanatında bildirilib.
Məlumata əsasən, banka müvəqqəti inzibatçı təyin edilib.
“Lisenziyanın ləğv edilməsinin səbəbi bank tərəfdən kapitalın adekvatlığına dair tələblərə əməl edilməməsi, məcmu kapitalın həcmi, kreditorlara qarşı öhdəliklərin yerinə yetirilməməsi. pudensial normaların pozulması. fəaliyyət həyata keçirilərkən etimadın olmamasıdır”,- deyə AMB-nin cümə günü yayılan məlumatında qeyd olunur.
AMB həmçinin, bank barədə iflas prosedurları başladılması üçün məhkəməyə müraciət edəcək.
. Royal Bank» ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Bununla əlaqədar “Royal Bank”ın qorunan əmanətləri üzrə əmanətçilərə kompensasiyaların ödənilməsi proseduralarına başlanılması üçün artıq Əmanətlərin Sığortalanması Fondunda lazımi tədbirlər görülür.
Beləliklə Azərbaycanda lisenziyaya malik olan bankların sayı 43-ə endi.
“RoyalBank” 1993-cü ildə yaradılıb.Bankın səhmdarları 2 hüquqi və 79 fiziki şəxsdir.