17-18 iyul 2012-ci il tarixində Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfər zamanı R.Sikorskinin Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüş keçirəcəyi nəzərdə tutulur.