“AccessBank” kredit portfelini genişləndirmək üçün Almaniya İnkişaf Bankından (KfW) $30 mln. məbləğində kredit cəlb edib. Bu barədə “AccessBank”ın məlumatında deyilir.
Kredit iki tranşla veriləcək, “AccessBank” birinci tranşı bazar ertəsi alıb, ikinci tranşı isə 2012-ci il avqustun 15-də alacaq.
Kredit 5 il müddətinə nəzərdə tutulub.
Xəbər verildiyi kimi, 2012-ci il iyulun 1-nə “AccessBank”ın kredit portfeli $436 mln.-a bərabərdir.
“AccessBank”ın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniyanın Kfw, Access Holding, LFS Financial Systems GmbH şirkətləridir.
Bank aktivlərinin həcminə görə ölkənin aparıcı banklarının onluğuna daxildir.