Azərbaycan XİN başçısı Elmar Məmmədyarov İqtisadi Əməkdalıq Təşkilatının (İƏT) baş katibi Yəhya Marufini fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.Bu barədə bazar ertəsi nazirliyin Mətbuat Xidməti məlumat yayıb
Görüşdə E.Məmmədyarov Y.Marufiyə Azərbaycan və İƏT arasında əlaqələrin inkişafına verdiyi töhfələrə görə təşəkkür edib.Öz növbəsində qonaq bu təşkilatda Azərbaycanın rolunu yüksək qiymətləndirib.
Görüşdə tərəflər Azərbaycanla İƏT arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.