2012-ci ilin I yarısında Azərbaycanda neft emalı zavodları (NEZ) istehsal həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5% azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, hesabat dövründə birbaşa qovulan benzin istehsalı 15,7% - 98,4 min ton, dizel yanacağı istehsalı 3,8% - 1 mln. 124,4 min ton, sürtkü yağları istehsalı 19,6% - 34 min tona qədər azalıb.
Yanvar-iyun aylarında avtomobil benzini istehsalında 3,2% - 603 min ton, ağ neft istehsalında 6,6% - 313,4 min ton, neft bitumu istehsalında 23,1% - 137 min tona qədər artım qeydə alınıb.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.