Ramazan ayı iyulun 21-də başlayacaq və avqustun 20-nə qədər davam edəcək. Ramazan bayramı avqustun 19-20-nə düşəcək. Bu barədə çərşənbə axşamı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə məlumat verib.
QMİ-nin Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib. QMİ Şamaxı rəsədxanası ilə birlikdə oruc tutan müsəlmanlara kömək üçün xüsusi cədvəl və yaddaş kitabçası hazırlayıb.