Azərbaycanın dövlət büdcəsinə müəssisə və obyektlər tərəfindən özəlləşdirilən qeyri-yaşayış əraziləri və torpaqların icarəsindən daxil olan gəlirlər 2012-ci ilin I yarısında 2,4 mln. manat təşkil edib.Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin(ƏMDK) məlumatında bildirilir.
“ 2012-ci ilin yanvar - iyun aylarında Azərbaycanda 350-yə yaxın kiçik dövlət müəssisəsi və obyekti, eləcə də 250-yə yaxın torpaq sahəsi özəlləşdirilib”,- deyə məlumatda qeyd olunur.
Hesabat dövründə 25 pul hərracı keçirilib ki, onların vasitəsi ilə təxminən 20 səhmdar cəmiyyətin səhmləri satılıb.
I yarımildə 270-ə yaxın daşınmaz əmlak obyekti icarəyə verilib, 537 obyekt üzrə icarə müqavilələrinin vaxtı uzadılıb,torpaq sahələrinin icarəsi üzrə 229 müqavilə bağlanıb.
Komitənin məlumatına əsasən, yanvar- iyun aylarında ƏMDK 71 mindən çox obyekt üzrə mülkiyyət hüququnu qeydiyyata alıb,bunlardan 21 mini ilk dəfə, 50 mini təkrar qeydə alınıb.Həmçinin, hesabat dövründə 16 minə yaxın ipoteka müqaviləsi qeydə alınıb,67 min daşınmaz əmlak obyekti üzrə texniki pasport tərtib edilib.
2012-ci il iyulun 1-nə ƏMDK 6,384 min hüquqi şəxs statuslu dövlət müəssisələri və onların 6,491 min filialının malik olduğu 140,153 min daşınmaz əmlak barədə məlumatlar alıb.