Bakıda "Xəmsə" intellektual oyunu üzrə Azərbaycan çempionatı keçirilib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Gənclərin İntellektual İnkişafı Mərkəzindən bildirilib.
Mərkəz Gənclər və İdman Nazirliyi və Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə ilk dəfə olaraq rus dilində "Xəmsə" oyunu üzrə Azərbaycan çempionatını keçirib. Final mərhələsində ölkənin 16 ən güclü komandası iştirak edib. Gərgin mübarizədə respublikanın 3 ən yaxşı komandasını təmsil edən yığma komanda qalib gəlib. Çempionatda ikinci yeri Oğuz şəhərinin komandası, üçüncü yeri "KİPL" komandası qazanıb.
Azərbaycan çempionatının qalibləri ölkəni Batumidə keçiriləcək Qara dəniz Kuboku və Saranskda "Nə? Harada? Nə zaman?" oyunu üzrə dünya çempionatı çərçivəsində Millətlər Kuboku kimi beynəlxalq miqyaslı turnirlərdə təmsil edəcəklər.