İyulun ortalarında Azərbaycanın əməkdar artisti , respublikada saksafon məktəbinin banisi, bir çox mükafatlara layiq görülmüş tanınmış caz ifaçısı Arif Cahangirov özünün 65 illik yubileyini qeyd etdi.Tanınmızş musiqiçi”İnterfaks -Azərbaycan”agentliyinə müsahibəsində yaradıcılıq yolu, caz və saksafon məktəbinin bu günü barədə məlumat verib.
- İcazənizlə söhbətimizə yubiley münasibəti ilə təbriklə başlayım, sizə yaradızcılıq uğurları, can sağlığı arzulayıram.
- Təbrikləriniz üçün təşəkkür edirəm
- Azərbaycanda milli saksafon məktəbi yaratmaq ideyası necə yarandı?
- O zamanlar Azərbaycanda klarnetçilər var idi, saksafon sinfi isə yox idi.Ümumiyyətlə bildiyimiz kimi, Sovet vaxtlarında caza görə insanları təqib edirdilər, saksafonda ifa etməyə görə adamları həbs edirdilər.O vaxtlar hətta saksafonu dolların simvolu hesab edirdilər, çünki o forması ilə Amerika valyutasının simvolunu xatırladır.Deyirdilər ki, “Bu gün caz ifa edirsən ,səhər vətənini də satarsan”
-Axı sizdə yaradıcılığa klarnet ifaçısı kimi başlamısınız .
-Hə, məsələ ondadır ki, Sovet İttifaqında saksafon sinfi ilk dəfə Qnesını adına orta ixtisas məktəbində 1967-ci ildə açılıb, mən isə həmin il artıq instituta daxil olmuşdum.Yeri gəlmişkən, həmin vaxtlar bizdə Azərbaycanda gözəl musiqiçilər var idi, onlar Dövlət Estrada Simfonik Orkestrində çalışırdılar, o zamanlar o Dövlət Televiziya və Radio Orkestri adlanırdı.Eləcə də. Azərbaycan Dövlət caz ansamblı mövcud idi, lakin saksafon alət kimi yaxşı tanınmırdı, klarnet üçün aplikatura olaraq ifa olunurdu, baxmayaraq ki, saksafonun üz xüsusiyyətləri var.
-Bakı Musiqi Akademiyasında saksafon sinfi necə açıldı?
-Məni daha əvvələr də dəvət etmələrinə baxmayaraq mən 2001-ci ildən dərs verməyə başlamışam. Çox yaxşı klarnet ifaçısı, elmlər doktoru, professor, əla musiqiçi, prorektor və nəfəsli alətlər kafedrasının müdiri Elxan Babayev çoxdan saksafon sinfi açmaq istəyirdi.Mən ona dedim ki, Konservatoriyada saksafon sinfi açmaq əlbəttə yaxşı fikirdir, amma əvvəlcə saksafon üzrə məktəb, sinif olmalıdır, və ya Bülübül adına Orta İxtisdas Musiqi Məktəbində saksafon sinfi açılmalıdır.Məhz buna görə mən o vaxt imtina etmişdim.Sonra Rain Sultanov kimi musiqiçi meydana çıxdı, o saksafon sinfi üzrə peşəkar təhsil almaq istəyirdi.Elxan Babayev yenidən mənə müraciət etdi və R.Sultanov Konservatoriyada mənim ilk tələbəm oldu, Raindən sonra yeni tələbələr gəldilər.Daha sonra mən Bülbül adına məktəbdə işləməyə başladım. Mənim ordakı şagirdlərim də Konservatoriyaya daxil oldular.Bir çoxları digər alətlərdən saksafona keçdilər.
Bu gün gələcəyə böyük ümidlər verən gənc, istedadlı musiqiçilərə öz təcrübəmi öyrədirəm.
İndi Musiqi Akademiyasında caz fakultəsi var, yalnız o İsfar Sarabski, Şahin Növrəsli kimi istedadlı pianoçular sayəsində mövcuddur.Ümumiyyətlə Konservatoriya caz ifaçıları hazırlamır, bizdə caz harmonikasının tədrisi çox zəf səviyyədədir, caz bizdə daha çox hobbi kimi qəbul olunur.
- Vəziyyəti yaxşılığa doğru necə dəyişmək olar. Hər halda Bakı caz şəhəri sayılır axı?
-İlk olaraq ümumiyyətlə cazı musiqi təhsilinin inkişafından ayırmaq olmaz.Burda ən vacib məqam – Azərbaycandakı musiqi məktəblərinin maddi texniki baza problemidir.Hər bir məktəbin ən az iki klarneti , iki fleytası, iki trubası və s. olmalıdır. Amma hazırda bizdə vəziyyət belədir ki, 5-6 tələbə bir alətdə ifa etməyə məcburdur. Bu belə olmamalıdır.Ümumilikdə nəfəsli alətlərin ifaçılarının sayı azdır, həmçinin müəllimləri də maddi baxımdan həvəsləndirmək lazımdır,bizdə bu da hələ ki, arzu olunan səviyyədə deyil. Azərbaycan torpağı həqiqətən müsiqi sahəsində istedadı olan insanlarla zəngindir.
-Gənclər arasında nəfəsli alətləri və saksafonu təbliğ etmək üçün nə etmək lazımdır?
-Caz elə bir musiqidir ki, onu anlamaq lazımdır, 11 yaşlı uşağa cazla məğul olmaq tezdir.Caz improvizələrə əsaslanır,bu ifa zamanı yaratmaq deməkdir.Caza meyli saksafonla 17-18 yaşda məşğul olmaq lazımdır. Bu yaşda heç kimi musiqi məktəbinə qəbul etmirlər.Burda qeyri-adi musiqi məktəbi, hansısa özəl təhsil müəssisəsi, bir növ caz nəktəbi lazımdır, müəllimləri də müqaviləyə əsasən işləməlidirlər.
-Sizin tələbələriniz hansısa musiqi festivallarında iştirak edirlər?
- Bu günlərdə mənim şagirdim Zaur Mirzəyev İsveçrənin Montre şəhərinə Beynəlxalq Caz Festivalına yola düşüb.Bu festivalın keçən illərdə iştirakçısı olmuş İsfar Sarabskiyə kompozisiya qurmaqda kömək etmişdim və onun çıxışı zamanı yanındaydım.
-Siz orkestrdə, teatrda ,kinoda ,filmlərin musiqilərinin arenjimanında çalışmısınız.Sizin üçün hansı daha maraqlıdır?
-Mənə hər şey maraqlıdır.Mən bildiyim şeylərlə, məndə nə yaxşı alınırsa onunla məşğul olmuşam.Mən Moskvada təhsil almışam. Orada gözəl kollektivlərdə çalışmışam,yeri gəlmişkən mənim rekordumu heç kim təzələməyib, hələ tələbə olarkən ,20 yaşımda Moskva Musiqi Ansamblları Birliyinə rəhbərlik etmişəm. Bu birliyin tərkibinə 800 orkestr daxil idi . Onlar bütün restoran, kafe, kinoteatr, rəqs meydançalarını əhatə edirdilər.Bu 1968-ci ildə olub.
-Yaradıcılığınızın bu dövrü barədə danışın.
-1970-ci ildə SSRİ-də ilk dəfə Rusiya Dövlət Nəfəsli alətlər Orkestri yaradıldı.Məsələ bunda idi ki, ölkədə peşəkar nəfəsli orkestrlər yox idi, bizə çoxlu Amerika orkestrləri gəlirdilər.Sovet İttifaqı isə əvəzində heç kimi göndərə bilmirdi.Ona görə, belə bir orkestr yaradıldı,Onun təşkili ilə mənim müəllimim Marqarita Şapoşnikova məşğul oldu.O mənə dedi ki, mən orda saksafon ifa etməliyəm və biz onunla birliukdə işləməyə başladıq, hətta birgə disk buraxdıq.Bu öz işinin peşəkarlarının ifasında səslənən ecazkar musiqi idi.
-Teatrdakı işiniz barədə də eşitmək maraqlı olardı.
-Bizdə Leonid Vaynşteyn adlı çox istedadlı və inanılmaz dərəcədə teatral bir insan çalışırdı.O R.İbrahimbəyovun “Kaliforniyada dəfn”pyesi üçün musiqi bəstələdi. Mən də onu özüməməxsus ifa etdim, bir gün ərzində özüm aranjiman etdim, sonra bu televiziya üçün yazıldı.Vaynşeyn isə bu musiqidən ayrıca musiqi əsəri formalaşdıraraq saksafon üçün üç pyes yaratmaq qərarına gəldi.Özümün Gənc Tamaşaçılar və Rus Dram Teatrlarındakı illərimi xatırlayıram. Mən Rəşid Behbudovun Mahnı Teatrında gözəl musiqiçi Rafik Babayevlə, saksafonçu Tofik Şabanovla əməkdaşlıq etmişəm.Ümumiyyətlə , bizdə çox yaxşı musiqiçilər olub.Təəssüf ki, onların çoxu Azərbaycanı tərk etdi.
-2005-ci ildə gənc saksafonçular ansamblı təşkil edildi , uğurlu konsertlər verirdilər.Kollektiv üzvlərinin sonrakı taleyi necə oldu?
-Onlar hamısı işləyirlər, inkişaf edirlər,Azərbaycanı xaricdə layiqincə təmsil edirlər.Ümumiyyətlə,mən tez-tez kiçik layihələr; duetlər, triolar yaradıram.Bunlarsız olmaz.
Hazırda tələbələrimlə məşğulam. Onlara böyük ümidim var.Onlar istedadlı uşaqlardır, əlbəttə isdedad 30% təşkil edir, qalanı əmək və səbrlə başa gəlir.Mənim vəzifəm-onları musiqi xəstəliyinə yoluxdurmaqdır, onların hamısı caz “xəstəsidirlər”
- Bəs sizi kim caza “yoluxdurub”?
-Mən “Amerikanın səsi”nə qulaq asırdım.Məlum səbəblərdən bunu gizli etməli olurdum. Axı qadağan olmuş meyvə şirin olar.Bir dəfə 1967-ci ildə mən Moskva caz festivalında iştirak edirdim, ora “Amerikanın səsi” radiostansiyasının “Caz saatı” verilişinin aparıcısı Uillis Konover da gəlmişdi.Bütün festivalı qeydə aldı və veriliş hazırladı. O Vaqif Mustafazadənin ifasını eşidib demişdi ki, həyatında belə lirik caz pianoçusu eşitməyib.Festivalın sonuncu günü o bütün iştirakçıları Amerika səfirliyinə dəvət etdi.Əlbəttə, bizə ora getməyi məsləhət bilmədilər, mən də getmədim...
-Söhbətimizin sonunda sizi bir daha yubiley münasibəti ilə təbrik edirəm.Yeri gəlmişkən, 65 illiyinizi necə qeyd etdiniz?
-Ad günümü yaxın adamlarımla, tələbələrimlə qeyd etməyi planlaşdırmışdım, lakin hazırda tələbələrim festivalda olduqları üçün onlar gələnəcən təxirə salmaq qərarına gəldik.