Finlandiyanın “Wärtsilä” şirkəti Azərbaycanda 384 MVt gücündə yeni modul elektrik stansiyası tikəcək. Bu barədə şirkətin məlumatında deyilir.
Məlumata görə, Azərbaycanda yeni stansiyanın tikintisi layihəsi “Wärtsilä” şirkətinin ən iri sifarişdir.
Stansiyanın tikintisinin sifarişçisi "Azərenerji" SC-dir.
Stansiya Böyük Şor qəsəbəsində yerləşəcək.
Yeni elektrik stansiyasının 2013-cü ilin payızında istismara verilməsi planlaşdırılır. Stansiya qazla işləyəcək, alınan elektrik enerjisi isə Bakı elektrik şəbəkəsinə tədarük olunacaq. Stansiya 21 blokdan ibarət olacaq.
“Wärtsilä” Azərbaycanda 1990-cı illərin ortalarından fəaliyyət göstərir və artıq respublikada ümumi gücü 860 MVt olan 7 modul elektrik stansiyası inşa edib.