2012-ci ilin I yarısında xarici şirkətlər və beynəlxalq maliyyə institutları tərəfindən Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları 2011-cu ilin analoji dövrü ilə müqayisədə5,2% - 1 mlrd. 308 mln. 590,2 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, hesabat dövründə Böyük Britaniya şirkətləri Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşları üzrə lider olub. Onların investisiyalarının həcmi 616 mln. 925,9 min manat və ya bütün investisiyaların 47,1%-ni təşkil edib (azalma 1,1%).
ABŞ şirkətləri tərəfindən investisiya qoyuluşları 225 mln. 246,8min manat (artım 35,3%) təşkil edib.
Bundan başqa, yanvar- iyun aylarında Azərbaycan iqtisadiyyatına Yaponiya şirkətləri -148 mln. 465,2 min manta, Norveç – 82 mln. 238 min manat , Çexiya - 50 mln. 215,4 min manat , Türkiyə – 64 mln. 919,2 min manat , Fransa – 29 mln. 439,5 min manat , Almaniya – 1 mln. 248 min manat, Səudiyyə Ərəbistanı 3 mln.27,4 min manta, Cənubi Koreya 3 mln.720,3 min manat investisiya qoyuluşları həyata keçiriblər.
Hesabat dövründə beynəlxalq təşkilatlar sırasında Dünya Bankı 50 mln. 401,6 min manat (azalma 52,8%), Asiya İnkişaf Bankı – 31 mln. 288,9 min manat (artım 38,3%) məbləğində investisiya qoyuluşları həyata keçiriblər.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin payına düşüb.