Azərbaycan və Polşa XİN başçıları Elmar Məmmədyarov və Radoslav Sikorski çərşənbə günü Bakıda viza rejiminin sadələşdirilməsi və gələcəkdə ləğv edilməsi perspektivlərini müzakirə ediblər.
E.Məmmədyarov polşalı həmkarı ilə birgə brifinqdə məlumat verib ki, Azərbaycan və Polşa dipolomatik və xidməti pasport sahibləri üçün viza rejiminin ləğv edilməsi barədə saziş imzalayıblar. Azərbaycan Avropa Şurasının Şərq tərəfdaşlığı proqramı çərçivəsinaə digər kateqoriyalı şəxslər üçün viza rejiminin liberallaşmasının müzakirəsini davam etdirmək niyyətindədir.
“Biz viza rejiminin sadələşdirilməsi və gələcəkdə ləğv edilməsi perspektivlərini müzakirə etdik. Azərbaycanlı tələbələri, biznes adamlarını və b. Polşada daha sıx görmək istərdik”, - deyə R.Sikorski bildirib.
Polşanın XİN başçısı həmçinin regional mövzuya toxunaraq xüsusilə qeyd edib ki, İran problemi AŞ-nın diqqət mərkəzindədir. Polşaya Azərbaycanın bu məsələyə dair mövqeyi maraqlıdır, nəzərə alaraq ki, İran Azərbaycana qonşu dövlətdir və iki ölkəni çoxdankı münasibətlər bağlayır.
Bundan başqa, R.Sikorski vurğulayıb ki, Polşa enerji daşıyıcılarının təchizat mənbələrinin diversifikasiyasında maraqlıdır və Azərbaycanla enerji əməkdaşlığına böyük maraq göstərir.