Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Meksika Konqresinin Deputatlar Palatasının sədri Oskar Arsenin rəhbəlik etdiyi nümayəndə heyətini qəbul edib.Bu barədə Azərbaycanın rəsmi KİV-ləri məlumat verir.
Görüş zamanı Prezident Azərbaycan və Meksika arasında əlaqələrin son zamanlar fəallaşdığını qeyd edib və bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əmin olduğunu ifadə edib.İ.Əliyev parlamentlərarası əməkdaşlığın, eləcə də ticarət iqtisadi əlaqələrin aktivləşməsi üçün əlavə imkanların öyrənilməsinin vacib olduğunu bildirib
Həmçinin, Azərbaycanın dövlət başçısı Xocalı faciəsini soyqrımı kimi tanınması barədə Meksika Senatının qərarını yüksək qiymətləndirib.
Görüşdə İ.Əliyev İ. Əliyev iki ölkə arasında a dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xidmətlərinə görə Meksika Deputatlar Palatasının Meksika-Azərbaycan Dostluq Qrupunun sədri Markos Perez Esquerin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.