2012-ci ilin II rübü ərzində “Azərsu” ASC-nin su və kanalizasiya xidmətlərindən istifadə edən abonentlərinin sayı 1,6%- 110,815 minə qədər artıb.Bu barədə cəmiyyətin məlumatında bildirilir.
“Abonentlərin 97%-i əhali, 3% qeyri- əhali abonentləridir.Aprel –iyun ayları ərzində abonentlərin sayının artması su şəbəkələrinə qanunsuz qoşulmalara nəzarət, qanunsuz qoşulmaların qanuniləşdirilməsi üzrə tədbirlərin gücləndirilməsi və yeni abonentlərin qeydə alınması ilə əlaqədardır”,- deyə məlumatda bildirilir.
“Azərsu”ASC-nin məlumatlarına əsasən. 2012-ci ilin II rübü ərzində 11 350 abonent su sayğacları ilə təmin olunub.Bununla da respublikda su sayğacları ilə təmin olunmuş abonentlərin sayı 534,385 min və ya cəmiyyətin bütün abonentlərinin 48,1%-nə bərabər olub.