Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Azərbaycanlı və indoneziyalı sahibkarları arasında əməkdaşlığın qurulmasına tərəfdadır.
Təşkilatin məlumatında qeyd olunur ki, ASK prezidenti Məmməd Musayev İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atyanto ilə görüşüb
Görüşdə M.Musayev İndoneziyanın müvafiq assosiasiyası ilə birgə əməkdaşlıq müqaviləsinin imzalanmasını, hər iki ölkədə sahibkarların iştirakı ilə biznes-forumların təşkilini məqsədəuyğun olduğunu bildirib.
Görüş zamanı iki ölkə sahibkarları arasında iqtisadi əməkdaşlıq imkanları və bu əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub.
ASK 1999-cu ilin mart ayında təsis edilib. Hazırda 3,6 min şirkət və sahibkarlarıın 40-dək müxtəlif birliyi onun üzvüdür.