2012-ci ilin I yarısında Vergilər Nazirliyi 36 644 sahibkarlıq subyektini qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Onlardan 2 271-i hüquqi, 34 373-ü fiziki şəxslərdir.
Yanvar-iyun aylarında qeydiyyatdan keçmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 22 624-ü elektron formada qeydiyyata alınıb.
Xəbər verildiyi kimi, Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib. Kommersiya fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin bu sistem üzrə qeydiyyata alınma prosesi Vergilər Nazirliyinin vasitəsilə 3 gün ərzində həyata keçirilir.
Vergilər Nazirliyi 2008-2011-ci illərdə "bir pəncərə" prinsipi üzrə 194,4 min sahibkarlıq subyektini, o cümlədən 19,6 min hüquqi şəxsi və 174,8 min fiziki şəxsi qeydiyyata alıb. 2011-ci ildə Vergilər Nazirliyi 67,844 min hüquqi və fikizi şəxsi qeydiyyata alıb.