İşğal edilmiş Qarabağ torpaqları üzərindən qanunsuz mülki uçuşlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyi artırır.Hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı belə hesab edir.
“ Azərbaycanın işğal edilmiş torpaqları üzərindən mülki təyyarələrin uçuşu qoşunların təmas xəttində ümumi vəziyyətə mənfi təsir göstərir”.- deyə M.Qurbanlı “İnterfaks -Azərbaycan”agentliyinə bildirib.
Hakim Partiyanın nümayəndəsi deyib ki, işğal edilmiş torpaqlar üzərindən belə uçuşlar olarsa, Azərbaycan cavab tədbirləri görməyə məcbur olacaq.”Beləliklə , Ermənistan tərəfinin status-kvonun möhkəmlənməsinə yönəlmiş bu cür cəhdləri ilə Azərbaycanı sadəcə buna təşviq edirlər”,- deyə deputat qeyd edib.
Deputat hesab edir ki, Azərbaycan tərəfinin işğal edilmiş torpaqlar üzərindən uçuşlara yol verməmək üçün hər cür addım atmaq hüququ var.”Ermənistanın hakim dairələri və onlar tərəfindən yaradılmış separatçı rejim vəziyyətin ciddiliyini anlamalıdırlar. Belə ki, beynəlxalq hüquqa əsasən, Azərbaycan ölkənin hava məkanına icazəsiz daxil olan təyyarələri vurmaq hüququna malikdir.Buna görə, işğal olunmuş azərbaycan torpaqları üzərindən uçuşlar həyata keçirməyə yönəlmiş hərəkətlər çox təhlükəlidir”,- deyə M.Qurbanlı xəbərdarlıq edib.