Cümə günü Bakıda Heydər Əliyev Mərkəzində baş verən yanğın söndürülüb. Bu barədə “İnterfaks –Azərbaycan”agentliyinin müxbiri hadisə yerindən məlumat verir.
Xəbər verildiyi kimi, yanğının söndürülməsinə 50 yanğınsöndürən briqada və helikopterlər cəlb olunub.FHN , digər əlaqədar nazirlik və idarə rəhbərləri hadisə yerindədir.
Yanğının baş vermə səbəbləri hələ ki, məlum deyil. FHN ən yaxın zamanda hadisə ilə başlı rəsmi məlumat yayacağını bildirib.
Zərərçəkənlər barədə məlumat daxil olmayıb .